Kaliforniya ştatının San Dieqo şəhərində kiçik təyyarə yaşayış massivində qəzaya uğrayıb. Associated Press xəbər verir ki, təyyarədə olan bir neçə nəfər ölüb.
“Cümə axşamı səhəri San Dieqoda hərbi kazarma yaxınlığında qəzaya uğrayan şəxsi təyyarənin göyərtəsində olan bir neçə nəfər həlak olub”, – deyə nəşr bildirib.
Hadisə mayın 22-də səhər tezdən Amerika hərbçilərinin yaşadığı böyük yaşayış massivində baş verib.
Təyyarə qəzası zamanı yerdə olanlardan heç birinin xəsarət almadığı dəqiqləşdirilir.
Bundan əvvəl Tennessi ştatında təyyarə qəzası nəticəsində 3 nəfər həlak olmuşdu.
DOĞRU.AZ