image-n1karobka_ads
image-123
image-68834cf5ae5ac91e5563482fbackend

Saratovda qaz partlayışı: Cinayət işi açıldı, ölənlər var

image-ad_qayo_720x110px

Rusiyanın Saratov şəhərində onmərtəbəli yaşayış binasında baş verən qaz partlayışı faciə ilə nəticələnib.

Doğru.az xəbər verir ki, partlayış Blinov küçəsində yerləşən binada baş verib. Rusiya Fövqəladə Hallar Nazirliyi hadisə nəticəsində 3 nəfərin öldüyünü təsdiqləyib. Dağıntılar altında daha insanların qalma ehtimalı olduğu üçün axtarış-xilasetmə işləri davam etdirilir.

Rusiya İstintaq Komitəsinin regional idarəsi məlumat yayıb ki, hadisə ilə bağlı təhlükəsizlik tələblərinə cavab verməyən xidmətlərin göstərilməsi faktı üzrə, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 238-ci maddəsi ilə cinayət işi başlanıb.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki