image-2000x150px
image-123
image-ads_atlas
image-165972493845165436_1000x669backend

Şarl Mişel və İlham Əliyev arasında telefon danışığı olub – YENİLƏNİB + FOTO

image-728x90px

Sentyabrın 17-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Bununla bağlı Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Telefon söhbəti zamanı regionda davamlı sülhün təmin olunması, gərginliyin aradan qaldırılması, əldə olunmuş atəşkəs razılaşmasının təmin edilməsi və Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması prosesi ilə bağlı fikir mübadiləsi aparıldı.

14:17

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyanla telefonla danışıb.

Bu barədə Şarl Mişel özünü “Twitter” hesabında paylaşım edib.

“Dayanıqlı deeskalasiyanı təmin etmək üçün vasitələr və regionda davamlı sülhün bərqərar olması üçün səyləri necə gücləndirmək barədə əsaslı fikir mübadiləsi apardıq”, – deyə o qeyd edib.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki