image-n1karobka_ads
image-123
image-6873ed25ae5ac964a32c38b3backend

Sautend hava limanında təyyarə qəzası: hadisə yerinə təcili yardım qüvvələri cəlb olunub

image-ad_qayo_720x110px

Londondakı Sautend hava limanında baş verən təyyarə qəzası ilə bağlı hadisə yerinə çoxsaylı təcili yardım qüvvələri göndərilib.

Doğru.az xəbər verir ki, Sky News-un məlumatına görə, qəza yerinə dörd təcili yardım maşını və bir tibbi helikopter cəlb olunub.

İngiltərənin Şərqi Təcili Yardım Xidmətindən bildirilib ki, hadisə yerində bir neçə təcili tibbi briqada fəaliyyət göstərir.

Qeyd edək ki, qəza Londonun Sautend hava limanından havaya qalxan kiçik təyyarənin qısa müddət sonra qəzaya uğraması nəticəsində baş verib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki