Sautend hava limanında tibbi təyyarənin qəzaya uğraması nəticəsində iki pilot, bir həkim və bir tibb bacısı həyatını itirib.
Doğru.az xəbər verir ki, bu barədə “Sky News” məlumat yayıb. Məqalədə qeyd olunur ki, Beechcraft King Air B200 tipli təyyarə tibbi daşınma məqsədilə konvertasiya olunmuşdu. Qəza zamanı göyərtədə olan bütün şəxslər – pilot, köməkçi pilot, həkim və tibb bacısı – həlak olub.
Məlumata görə, təyyarə xəstəni Böyük Britaniyaya çatdırdıqdan sonra Hollandiyaya qayıtmalı idi. Qəza, Sautend hava limanından havaya qalxdıqdan az sonra baş verib.
DOĞRU.AZ