image-2000x150px
image-123
image-ads_atlas
image-inshot_20240124_192449709backend

Seçki Könüllülərinin fəaliyyəti regionlarda da davam edir – FOTO

image-728x90px

Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı ilə 2024-cü il fevralın 7-də növbədənkənar Azərbaycan Respublikası Prezident seçkilərinin keçirilməsi ilə bağlı fəaliyyətlər Azərbaycanın bölgələrində də davam edir.

Mərkəzi Seçki Komissiyası ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən “Seçki Könüllüləri” qrupunun fəaliyyəti çərçivəsində könüllülər tərəfindən ölkəmizin ümumi inkişafına böyük töhfə verən və ilk dəfə səsvermədə iştirak edəcək gənclərimizə seçki prosedurları ilə bağlı maarifləndirici bukletlər paylanılır.

Qeyd edək ki, Seçki Könüllüləri Naxçıvan Muxtar Respublikası, Gəncə, Mingəçevir və Sumqayıt şəhərlərində eyni zamanda paytaxtda da fəaliyyət göstərirlər.

“Seçki Könüllüləri” qrupunun məqsədi gənclər arasında seçki hüququ, seçki mədəniyyəti, seçkidə fəal iştirakı ehtiva edən vətəndaşlıq vəzifəsinin təbliğ edilməsi, xüsusilə də seçkilərdə ilk dəfə seçici kimi iştirak edəcək gənclərin məlumatlılıq səviyyəsinin və seçici fəallığının artırılmasıdır.

DOĞRU.AZ

image-img-20240124-wa0090 image-img-20240124-wa0091 image-img-20240124-wa0094 image-img-20240124-wa0092 image-img-20240124-wa0095 image-img-20240124-wa0089 image-img-20240124-wa0093 image-img-20240124-wa0088

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki