Vətən yolunda canından keçən igidimiz. Beyləqan rayonu 1-ci Şahsevən kənd sakini, hərbi müəllim və kəşfiyyatçı Məmmədli İmran Cahangir oğlu şəhadətin mübarək olsun:
“Doğru.az” xəbər verir ki, hələ aprel döyüşlərində də döyüşən çavuşumuz igidliyinə görə mükfatalar aldı, təltif edildi. İndi isə Müqəddəs Vətən savaşında yenidən xidmətə getdi. Döyüşdə igidliyi ilə adından söz etdirdi.
Sonuncu dəfə 30 gün əvvəl danışmışdı, “bizi görür düşmən, hava dumanlansın görünmədən çıxacam olduğum yerdən, salamat gələcəm”dedi. O gündən sonra dumanda oldu, şeh də düşdü lakin ondan xəbər gəlmədi. Bu gün şəhid xəbəri gəldi. Şəhidlər ölmür, yalnız ucalır. Biz yaşasaq da sən bizdən ucalardasan şəhid İmran!
Allah sənə rəhmət eləsin. Səninlə fəxr edir, bütün Azərbaycan! Sən elə bir zirvəni fəth etdin ki, Azərbaycan xalqı yaşadıqca tarix kitablarında müzəffər qələbəmizi oxuyan hər kəs qaliblər içində sənin də adını anacaq!
Sən və sənin kimi şəhid olmuş igid Azərbaycan əsgərlərinə biz hamımız Vətən boyda minnət, sevgi borcluyuq!
Qarabağ Azərbaycandır!
https://youtu.be/JICcadUz5WI


