İkinci Qarabağ müharibəsinin zəfəri tarixin yaddaşına əbədi olaraq həkk olundu.Azərbaycan xalqına bu sevinci yaşadan başda Ali Baş Komandan İlham Əliyev olmaqla, şanlı ordumuz oldu.
Doğru.az xəbər verir ki, Azərbaycanın hər bir guşəsindən döyüşə yollanan igidlərimiz şucaət göstərərək işğalda olan əzəli torpaqlarımızı işğaldan azad etdilər.Belə oğullardan biri də Cəlilabad rayonunda 2001-ci ildə anadan olan, Maştağa kəndinin Savalan massivində yaşayan Quliyev Rahim Yalçın oğlu olubdur. İgidimiz Qarabağ uğrunda gedən döyüşlərə qatılaraq, qorxmazlığı ilə düşmənə qan uddurmağı bacarmışdı.
Rahim Quliyev 02.10. 2020 ci il tarixdə Füzuli istiqamətində gedən döyüşlərdə, son damla qanına kimi vuruşaraq, şəhidlik zirvəsinə ucalmışdır.Şəhidimizin ölümündən sonra geriyə uzun illər danışılacaq, qəhrəmanlıq dastanı, sevərək könül verdiyi nişanlısında isə unudulmaz xoş xatirələr izi buraxdı.İllər ötsədə xalqın yaddaşından şəhidimizin qəhrəmanlığı, sevdiyi xanımının ürəyindən isə ona olan sevgisi, igidliyinə fəxarət hissi əbədi olaraq. silinməyəcək.
https://youtu.be/Fmxb1egrxgo