image-2000x150px
image-123
image-ads_atlas
image-img-20220426-wa0038backend

Şəhid və Qazi övladları üçün xeyriyyə tədbiri keçirilib – FOTOLAR

image-728x90px

“EMEDIA GROUP” Media təşkilatı, Zəfər təntənəsi təşkilatı və Bakı şəhər Mədəniyyət Baş idarəsinin birgə təşkilatçılığı ilə Şəhid və Qazi övladları üçün növbəti “Xeyriyyəçilik nəciblikdir” xeyriyyə tədbiri keçirilib .

Tədbirdə ilk öncə Şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edildi. Daha sonra Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi. Rəqqasə Fatimə Fətəliyevanın ifasında Xarı Bülbül rəqsi ilə tədbirin açılışı olundu. “EMEDIA GROUP” Media təşkilatının sədri Elşən Əliyev və Zəfər təntənəsi təşkilatının rəhbəri Vəsilə Qabilqızı vətənin azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin və sağlamlığını itirmiş qazilərimizin övladlarının bizlərə atalarının əmanəti olduqlarını bir daha xatırlatdılar.

Tədbirdə, 1ay öncə xeyriyyə tədbiri elanı nəticəsində müraciət edərkən siyahıya alınmış şəhid və qazi övladlarının kiçik toy məclisi keçirilmişdir.

Tədbirin baş tutmasında Kəmalə Nəsibova və qazimiz Zakir İmanov da yaxından iştirak etmişdir.

Tədbirdə Milli Məclisin deputatları Vüqar İsgəndərov, Aydın Mirzəzadə, Jalə Əhmədova, Ceyhun Məmmədov, Baş İdarənin rəisi İbrahim Əliyev, Şəhid Cəbrayıl Dövlətzadənin anası Məleykə Məmmədzadə, Şəhid və Qazi ailələrinin üzvləri iştirak ediblər.

Həmçinin Azərbaycan Respublikasının Xalq artistləri Afaq Bəşirqızı, Flora Kərimova, Könül Xasıyeva, Əməkdar artist Nailə İslamzadə, populyar müğənnilər Elnur Məmmədov, Aynur Dadaşova, Ramil Nabran, Rüfət Axundov, Ülkər Yaşarqızı, Qurd (Fərid Eminov), rəqqasə Fatimə Fətəliyeva və digər mədəniyyət və incəsənət xadimləri çıxışları ilə yadda qalıblar.

Tədbirin aparıcılıqlarını Tural Ozan və Ramilə Bünyatova etmişdir.

Bu layihə tədbirdən sonra ayrılmış qrafik əsasında 32 Uşağın sünnət mərasimi başlayacaq.

Sonda Şəhid və Qazi ailələri dövlətimizin onlara olan xüsusi diqqət və qayğısından razılıq edib, bu tədbirin təşkilatçılarına təşəkkürlərini bildiriblər.

DOĞRU.AZ

image-img-20220426-wa0018 image-img-20220426-wa0019 image-img-20220426-wa0017 image-img-20220426-wa0027 image-img-20220426-wa0026 image-img-20220426-wa0031 image-img-20220426-wa0029 image-img-20220426-wa0037 image-img-20220426-wa0020 image-img-20220426-wa0024 image-img-20220426-wa0021 image-img-20220426-wa0025 image-img-20220426-wa0028 image-img-20220426-wa0034 image-img-20220426-wa0035 image-img-20220426-wa0036 image-img-20220426-wa0040 image-img-20220426-wa0038 image-img-20220426-wa0041 image-img-20220426-wa0043 image-img-20220426-wa0045 image-img-20220426-wa0046 image-img-20220426-wa0044

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki