“Şuşa” Peşəkar Futbol Klubu (PFK) 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə ölkə üzrə bütün məktəbliləri “Şəhidim – Qəhrəmanım” adlı xüsusi inşa müsabiqəsinə dəvət edir.
Doğru.az reyd.az-a istinadən xəbər verir ki, bu layihənin məqsədi – qəhrəman şəhidlərimizin xatirəsini yaşatmaq, gənc nəslin milli-mənəvi dəyərlərə bağlılığını gücləndirmək və hər bir uşağa öz seçdiyi bir şəhidin həyatını daha dərindən tanımaq imkanı yaratmaqdır. Müsabiqə həm də klubumuzda futbol təhsili alan şəhid övladları üçün mənəvi dəstək və həmrəylik mesajı daşıyır.
İştirak qaydaları
Yaş həddi: 16 yaşadək bütün uşaqlar
Mövzu: İstənilən bir Azərbaycan şəhidinin həyatına və qəhrəmanlığına həsr olunmuş inşa
Həcmi: 300–700 söz
Format: Word və ya PDF
İnşa ilə birlikdə:
Uşağın adı, soyadı
Məktəbi və şəhəri
Seçdiyi şəhidin adı, soyadı və qısa bioqrafik məlumat
Qiymətləndirmə meyarları
Mövzunun düzgün və səmimi şəkildə açılması
Uşağın özünəməxsus dili və yanaşması
Orijinallıq
Dil və üslub mədəniyyəti
Şəhid barədə məlumatların doğruluğu
Nəticə və mükafatlar
Müsabiqə üzrə seçilən ən yaxşı 100 inşa xüsusi kitab şəklində nəşr olunacaq.
Qalibləri isə aşağıdakı mükafatlar gözləyir:
1-3-cü yerlər üçün xüsusi kubok və hədiyyə dəstləri
İlk 10-luğa diplom və təşəkkür plaketi
Kitaba düşən hər bir uşağa kitab və iştirakçı sertifikatı
“Şuşa PFK futbolçuları ilə görüş
Klubun xüsusi qonaq günü və fotossesiya
Yekun olaraq, müsabiqənin bağlanış mərasimində kitabın təqdimatı və qaliblərin mükafatlandırılması həyata keçiriləcək.
“Şəhidim – Qəhrəmanım” müsabiqəsi ilə hər bir uşaq bir qəhrəmanın hekayəsini yazacaq, biz isə birlikdə onların xatirəsini yaşadacağıq.
Gəlin, həmrəy olaq, şəhidlərimizi unutmayaq, gənclərimizin qəlbində vətən sevgisini daha da gücləndirək.
Bir inşa, bir xatirə, bir qəhrəman!
Son müraciət tarixi: 31.12.2025.
Qaliblər son müraciət tarixindən 15 gün sonra açıqlanacaq.
Qeydiyyat və suallar üçün əlaqə: +994702372227
Hazır inşalarınızı aşağıdakı mail adresinə göndərin:
officialshushapfc@gmail.com
DOĞRU.AZ




























