image-n1karobka_ads
image-123
Şəhidimiz dəfn olundu – FOTObackend

Şəhidimiz dəfn olundu – FOTO

image-ad_qayo_720x110px

Doğru.az xəbər verir ki, Vətən müharibəsi zamanı itkin düşən, daha sonra şəhid olduğu müəyyənləşən Tərtər rayon Köçərli kənd sakini, 1991-ci il təvəllüdlü, müddətdən artıq hərbi qulluqçu Ələkbərli Ələkbər Ramiz oğlu torpağa tapşırılıb.

Şəhidin nəşi öncə ata ocağına gətirilib. Burada şəhidlə vida mərasimi keçirilib. Vida mərasimində şəhidin yaxınları, hərbçilər və kənd sakinləri iştirak edib.

Mərasimdən sonra onun nəşi Köçərli kənd qəbiristanlığında dəfn olunub. Şəhidin nəşinin büküldüyü üçrəngli bayraq atasına təqdim olunub.

Xatırladaq ki, Ə.Ələkbərli tankçı olub. O, sentyabrın 29-da Ağdərə istiqamətində gedən döyüşlər zamanı itkin düşmüşdü.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki