Şəhid Xələfov Nicat İlqar oğlu 2001-ci il avqust ayinin 4-ü Siyəzən şəhərində doğulmuşdur.1 yaşında ailəsi ilə birgə Baki şəhəri Sabunçu rayon Savalan yaşayiş massivinə köçmüşdür. 2009 cu ildə Sabunçu rayonu, Elxan Misirxasov adina 71 sayli orta məktəbin 1-ci sinifinə daxil olmuşdur.Məktəbdə oxuduğu müddət ərzində öz sinif yoldaşlari və dostlari arasinda xüsusi ilə seçilən Nicat,Tezliklə müellimlərinin ən sevimli şagirdlərindən birinə çevrilmişdir.
Çox kiçik yaşlarindan bayrağa olan sevgisi sonradan vətənə və torpağa olan böyük sevgiyə çevrildi.2019 cu ildə Xl sinifi bitirmiş və hərbiçi olmaq qərarina gəlmişdir. Ele hemin il hərbi xidmətə çağırıldıqdan sora xidmət müddətində xüsusi hazrliqlardan keçerek Çavuş rütbəsinə layiq görülmüşdür.İlk döyüş yolu Tovuz rayonu Ağdam kəndindən başlanmişdir. Döyüşə Qrad kamandiri kimi başlayaraq xüsusi ilə dəqiq və iti aticiliği ilə fərqlənmişdir. 19 yaşi 4 avqust 2020 ci ildə xüsusi daraq M.N əməkdaşlari tərəfindən qeyd olunmuşdur.27 sentyabr 2020 ci ildə müharibə elan olunduqda Nicat Füzuli rayon uğrunda geden döyüşlərdə döyüşürdü.
Növbəti Cəbrayil rayonu uğrunda geden döyüşdə xüsusi fərqləndiyinə görə Nicat, ele döyüş bölgəsində fəxri fərmanla təltif olunmuşdur.onun döyüş yolu bununla bitməmişdir.O Qubadli, Hadrut, Zəngilan Laçın və Şuşa uğrunda geden döyüşlərdədə ən fəal döyüşçülərdən biri olmuşdur.O Şuşa uğrunda geden döyüşlərdə qələbədən bir gün əvvəl Qəhrəmancasina həlak olmuş və qələbə günü(8 noyabr) doğulduğu Siyəzən şəhərində dəfn olunmuşdur.
TURAN MƏMİYEV


