Dağıstanın Maqaramkent rayonunda bağırsaq infeksiyası əlamətləri ilə həkimə müraciət edənlərin sayı artır.
Doğru.az xəbər verir ki, bu barədə respublikanın Səhiyyə Nazirliyinin rəhbəri Yaroslav Qlazov TASS-a müsahibəsində məlumat verib. O bildirib ki, qeydiyyata alınan 274 nəfərdən 270-i uşaqlardır.
Nazir qeyd edib ki, infeksiyanın qarşısının alınması məqsədilə rayon administrasiyasının binasında operativ qərargah fəaliyyət göstərir və qabaqlayıcı tədbirlər hazırlanır.
Xatırladaq ki, hadisə ilə bağlı cinayət işi açılıb və rayon administrasiyasında axtarışlar aparılır.
DOĞRU.AZ