image-n1karobka_ads
image-123
image-img-20230821-wa0048backend

Sənə məktub yazacam,dünəndən və sabahdan….

image-ad_qayo_720x110px

Bu gün ONUN günüdür ….

Hər kəsin bir ömür yolu var, o yol uzandıqca yaşananlar xatirələrə çevrilir, yaddaşa köçür. Çevrilib geri baxanda, yaddaşı vərəqlədikcə özünü tanımağa başlarsan. Evinin, ailəsinin deyil, el-obasının, xalqının ziyalısına, anasına, ictimai xadiminə çevriləndə daha çox tanınırsan. İctimai simaya çevrilib, söz ünvanı, güman yeri olanda xalqına xidmət etmiş olursan. Səlahiyyətin çərçivəsində kiməsə dayaq, arxa ola bilirsənsə, əl uzatmağı bacarırsansa, odur sənin şəxsiyyətin, odur sənin kimliyin, əməllərin, addımların. Demək ki, bu dünyada ömrünü yalnız özün üçün deyil, başqalarını da düşünərək yaşamısan. Eləsinə deyirlər ki, elin adamı, Allah adamı…
Zərifliyi, incəliyi, sədaqəti, etibarı ilə seçildiyi kimi , bağışlamağı da bacaran böyük ürək sahibidir. Şeirləri ürəyimizi titrədirsə, ruhumuza toxunursa poeziyanı içində yaşadan, sətirlərində, sözlərində şeiriyyata çevrilən xanımdır. Ürəyinin səsi ilə oturub-duran, könlünün sarı simi ilə davranan, bu vəzifədədir, bunun adamı yoxdur, onun adamı filankəsdir anlayışını heç vaxt qəbul etməyən bir alicənab xanım Xuraman Muradovadan danışırıq.
Səmimidir, sadədir, diqqətlidir, xeyriyyəçidir,mərhəmətlidir.
Vaxtı ilə Azərbaycanın kübar qadınları xalq üçün həyata keçirdikləri işlərdə xeyriyyəçi bəylərdən geri qalmayıblar. Qısa bir dönəmdə, məhdud zaman çərçivəsində kübar xanımlarımız elə böyük işlər görüblər ki, onlar böyük minnətdarlıqla xatırlanır. Bu insanda qürur hissi yaradır, millətin basılmaz olduğuna inamı birə beş artırır. Hənifə xanım Məlikova , Liza xanım Muxtarova, Rəhilə xanım Qazıyeva, Sara xanım Vəzirova, Pəri xanım Topçubaşova və bir çox xanımlar tarixdə ilk xeyriyyəçi xanımlar kimi tanınır. Bu gözəl ənənə zaman zaman davam etdirilir.Bu gün Azərbaycanın birinci xanımı Mehriban Əliyeva xeyriyyəçilik ənənəsini davam etdirərək hər bir Azərbaycan xanımına örnəkdir. Biz millət olaraq ,vətəndaş olaraq mərhəmətliyik, humanistik. Çətin günlərdə dost haraylna çatan millətik. Azərbaycanda xeyriyyəçiliklə məşğul olan xanımların sırasında Milan Hospitalın rəhbəri, Sahibkar Qadınlar ictimai Birliyinin idarə heyətinin üzvü ,şair, gözəl mahnıların söz müəllifi, qəlbi Allah sevgisi ilə dolu , ürəyi qayğı və sevgi ilə döyünən Xuraman Muradova imzası da var…
İkinci Qarabağ müharibəsi sevinci acısı, kədəri ilə hər birimizin qəlbinə həkk olunub. Uzun illər ərzində Qarabağımıza duyduğumuz həsrətə Ali Baş Komandan başda olmaqla Azərbaycanımızın cəsarətli, fədakar əsgərləri son qoyub bizlərə Qələbə sevincini yaşatdılar. Çox kədərli olsa bu müharibə bizə şəhid və qazilər, sağlamlıq məhdudiyyətli igid oğullar qoydu. Rəhbəri olduğu Milana Hospitalda, 44 gün ərzində və bu gündə qazilərə təmənnasız və pulsuz xidmət göstərillir. Xuraman xanım həm də vətənpərvər bir xanımdır. Çünki Milana Hospitalda saysız –hesabsız şəhid ailələri, qaziləri təmənnasız şəkildə müalicə alırlar.
Bu gün ONUN günüdür…
Diqqətlə, qaygıyla əhatə olunmuş Milan Hospitalın rəhbəri, Türk dünyası Onur Medallı, Vektor Beynəlxalq Elmlər Akademiyasının fəxri professoru, İş adamı, Xeyriyyəçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Xuraman Muradovanın ad günüdür.
Gününüz mübarək olsun!

Gülşən Behbud

DOĞRU.AZ

image-img-20230821-wa0050 image-img-20230821-wa0049 image-img-20230821-wa0048

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki