image-n1karobka_ads
image-123
image-img_20250720_090820_668backend

Şəxsi helikopter Teletskoye gölünə düşüb

image-ad_qayo_720x110px

Altay Respublikasında şəxsi Robinson tipli helikopter Teletskoye gölünə düşüb.

Doğru.az xəbər verir ki, hadisə gecə saatlarında İoqaç kəndi yaxınlığında baş verib. Mash Telegram kanalının məlumatına görə, helikopterdə olan iki pilot sudan özləri çıxaraq təcili yardım çağırıblar.

Bildirilir ki, pilotlardan birinin baldırında açıq sınıq və sıyrıqlar, digərində isə çoxsaylı xırda kəsiklər var.

Helikopterin sənədlərlə birlikdə tamamilə su altında qaldığı qeyd olunur. Hazırda nəqliyyat prokurorluğu qəzanın səbəblərini araşdırır.

Xatırladaq ki, bir müddət əvvəl Xabarovsk diyarında qəzaya uğrayan Mi-8 helikopterində 5 nəfərin cəsədi aşkar edilmişdi.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki