Şimali Osetiyada yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 5 nəfər ölüb, 2 nəfər yaralanıb, bu barədə Daxili İşlər Nazirliyinin region üzrə Baş İdarəsi məlumat yayıb.
“İlkin məlumatlara görə, beş nəfər ölüb, iki nəfər yaralanıb”, – məlumatda deyilir.
İdarədən verilən məlumata görə, Dzuarikau-Arxonskaya avtomobil yolunda iki minik avtomobilinin toqquşması baş verib.
Bildirilir ki, toqquşma 1992-ci il təvəllüdlü sürücünün idarə etdiyi “VAZ-2107” və 2006-cı il təvəllüdlü sürücünün idarə etdiyi “Lada Priora” markalı avtomobillər arasında baş verib.
Hazırda hüquq-mühafizə orqanları hadisənin bütün hallarını müəyyənləşdirir.
DOĞRU.AZ