Sinqapurda kakadu parkda gəzən məktəbli qıza hücum edib. Hadisə qızın tutuquşu şəklini çəkmək istədiyi zaman baş verib.
Xəsarət alan 13 yaşlı məktəblinin anasının dediyi kimi, qızı ilə parkda gəzərkən o, kakadu görüb və onun telefonunda şəklini çəkmək istəyib. Lakin qız tutuquşuya yaxınlaşanda o, ona hücum edib və qulaq nahiyəsini əzməyə başlayıb.
“Ərim qızının qulağını xilas etmək üçün quşu qovdu. Mən şokda idim” deyə qadın xatırlayır.
Ailə məktəbli qıza ilkin tibbi yardım göstərib, bundan sonra yaxınları onu xəstəxanaya çatdırıblar. Həkimlər zərərçəkmişi müayinə edib və infeksiyaların yayılmasının qarşısını almaq üçün ona bir-iki iynə vurublar.
“Müalicə xərclərinə gəlincə, biz hələ hesablamamışıq. Biz hələ də baş verənlərə görə təzminatla bağlı danışıqlar aparırıq”, – qızın anası əlavə edib.
Mənbə: Gazeta.ru