Bavariyanın baş naziri və Xristian Sosial Birliyinin (CSU) lideri Markus Söder bildirib ki, Almaniya ordusu NATO qoşunlarının Ukraynada yerləşdirilməsində iştirak etməyə hazır deyil.
Doğru.az xəbər verir ki, siyasətçi bu fikri Rheinische Post-a müsahibəsində səsləndirib.
“Orada NATO qoşunlarının yerləşdirilməsini təsəvvür etməkdə çətinlik çəkirəm. Rusiya buna heç vaxt icazə verməz. Bu, Ukraynanın NATO-ya daxil olmasının siqnalı olardı. Bundan başqa, Bundesver buna hazır deyil”, – Söder vurğulayıb.
Onun sözlərinə görə, hazırda Almaniya ordusu həm maliyyə, həm də kadr baxımından imkanlarının son həddindədir.
Qeyd edək ki, daha əvvəl aparılan sorğularda almanların yarıdan çoxu Ukraynaya alman qoşunlarının göndərilməsini dəstəklədiyini bildirib.
Almaniya kansleri Fridrix Merz isə Avropanın Rusiyaya kifayət qədər təsir göstərə bilmədiyini və ABŞ-ın dəstəyi olmadan Moskva üzərində təzyiqin mümkün olmadığını etiraf edib.
DOĞRU.AZ