image-2000x150px
image-123
image-ads_atlas
image-a1-184backend

SON DƏQİQƏ “Ermənistanda daşqın” – VİDEO

image-728x90px

Debed çayının daşması nəticəsində Lori Marzda evləri su basıb, yollar dağılıb.

Doğru.az xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin Xilasetmə Xidməti məlumat yayıb.

Bildirilib ki, M6 avtomobil yolunun Vanadzor-Alaverdi hissəsinin 31-ci kilometrini su basıb və təxminən 50 m uzunluğunda olan hissə dağılıb, Ayrum stansiyasının Dəmiryolu küçəsində bir sıra evlər su altında qalıb, “Opel” markalı avtomobil çaya düşüb.

İlkin məlumata görə, 1 yaşlı vətəndaş çaya düşüb, axtarış-xilasetmə işləri davam etdirilir. Saat 08:00-a olan məlumata görə, Alaverdi camaatının Karkop qəsəbəsinə gedən yolda Debed çayı üzərindəki körpü dağılıb. Qəsəbəni su basıb. Şnoq-Tequt hissəsində çayın daşması nəticəsində yol tamamilə dağılıb.

Daşqın nəticəsində bir nəfərin həlak olduğu da qeyd edilib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki