image-n1karobka_ads
image-123
image-shutterstock_780461035-pic_32ratio_1200x800-1200x800-11760backend

Şotlandiyada işə sərxoş halda gələn pilot həbs edilib

image-ad_qayo_720x110px

Şotlandiyada işə sərxoş halda gələn pilot həbs edilib, uçuş son anda ləğv edilib.

Mətbuatın yazdığına görə, Delta Hava Yollarına məxsus təyyarə Edinburqdan Nyu-Yorka uçmalı idi. Sərnişinlər minib yerlərini tutanda reys təxirə salınıb. Pilotlardan birinin sərxoş olduğu məlum olub.

“Biz ekipaj üzvlərindən birinin nəzarətə alındığını təsdiq edirik”, – aviaşirkətin açıqlamasında deyilir.

Uçuş sərnişinlərinə problemin alternativ həlli yolları təqdim edilib. Delta Hava Yollarının nümayəndələri üzr istəyib və əlavə edib ki, araşdırma aparmaq üçün yerli hakimiyyət orqanlarına lazımi köməklik göstərəcəklər.

Mənbə: Haberler.com

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki