Kosmosa buraxılışına bir dəqiqə qalmış Amerikanın SpaceX şirkəti ABŞ-ın Jupiter 3 rabitə peyki ilə birlikdə Falcon Heavy ağır daşıyıcı aparatının buraxılışını ləğv edib.
RİA Novosti bu barədə SpaceX-in Twitter səhifəsinə istinadən xəbər verir.
Falcon Heavy-nin buraxılışı çərşənbə günü yerli vaxtla 23.04-də (Moskva vaxtı ilə cümə axşamı 6.06) baş tutmalı idi. Raketin buraxılışı növbəti günə təxirə salınıb. SpaceX həm raket daşıyıcısının, həm də rabitə peykinin yaxşı vəziyyətdə olduğunu bildirib.
Məlumata görə, Jupiter 3 rabitə peyki saniyədə 500 giqabit maksimum ötürmə qabiliyyətini təmin etmək qabiliyyətinə malikdir.
SpaceX-in verdiyi məlumata görə, iki yan gücləndirici raket daşıyıcısından ayrıldıqdan sonra Florida ştatındakı Kanaveral burnunda buraxılış sahəsinə enməli olacaq.
Mənbə: RİA Novosti