Stavropol diyarının İzobilnenski rayonunda iki avtomobilin toqquşması nəticəsində 5 nəfər ölüb, 2 nəfər yaralanıb.
Bu barədə rayon Dövlət Yol Hərəkəti Təhlükəsizliyi Müfəttişliyi məlumat yayıb.
İdarədən verilən məlumata görə, “Renault Duster”in sürücüsü qarşıdan gələn zolağa çıxıb və “VAZ-2104” markalı avtomobilə çırpılıb.
Qəza nəticəsində “VAZ”ın sürücüsü və onun üç sərnişini, həmçinin “Renault”nun 39 yaşlı sərnişini dünyasını dəyişib. “Renault”nun sürücüsü və “VAZ”ın sərnişini xəstəxanaya yerləşdirilib.
“Müəyyən edilib ki, Renault sürücüsü son iki ildə inzibati məsuliyyətə cəlb olunmayıb. Sərxoşluq vəziyyətini müəyyən etmək üçün mayedən bionümunə götürülüb”, – idarənin Telegram kanalında deyilir.
DOĞRU.AZ