İran yüksək dəqiqlikli silahlardan istifadəyə keçərək İsrailə raket buraxılışlarının sayını azaldıb.
Bu barədə CNN İran hökumət dairələrindəki mənbəyə istinadən məlumat yayıb.
“İranın raket atdığı müşahidə edilib və raket ABŞ-ın THAAD, Patriot, Arrow 3, Arrow 2, David’s Sling və Dəmir Qübbə sistemlərini asanlıqla keçərək əvvəlcədən müəyyən edilmiş hədəfi vurub”.
Mənbə vurğulayıb ki, İsrail mərmilərin azaldılmasına zəifləmə əlaməti kimi deyil, daha çox öz arsenalından daha səmərəli istifadənin əlaməti kimi baxmalıdır.
Bundan əvvəl İran Qızıl Aypara Cəmiyyəti İsrailin hücumu nəticəsində xilasedici helikopterinin zədələndiyini bildirmişdi.
DOĞRU.AZ