Sirius federal ərazisindəki Mirnı qəsəbəsinin ərazisi güclü yağışlar nəticəsində yaranan sudan demək olar ki, tamamilə azad edilib. Bu barədə Fövqəladə Hallar Nazirliyinin Krasnodar diyarı üzrə Baş İdarəsinin mətbuat xidməti Telegram-da məlumat yayıb.
Qurumdan verilən məlumata görə, suyun çəkilməsi hətta gecələr də davam edib, hazırda kənddə yalnız bir ev su altında qalıb.
Eyni zamanda, Soçi ərazisində fırtına xəbərdarlığı hələ də qüvvədədir. Nazirlik əmin edib ki, Fövqəladə Hallar Nazirliyinin və digər fövqəladə hallar xidmətinin xilasediciləri vəziyyət tam sabitləşənə qədər insanlara yardım göstərməyə davam edəcəklər.
Mənbə: Sputnik