Subaru 2024-cü ilin yanvar ayında Tokio avtosalonunda WRX və BRZ-nin yeni idman versiyalarını nümayiş etdirəcək.
Bu barədə avtomobil istehsalçısının mətbuat xidməti məlumat yayıb.
Yapon şirkətinin stendində məhdud istehsal üçün nəzərdə tutulan WRX S4 STI Sport-un xüsusi versiyası nümayiş olunacaq. Avtomobil təkmilləşdirilmiş idarəetmə və hamarlığa malik olacaq. Yeni məhsulun fotosundan görünür ki, avtomobil baqajın qapağında spoyler və yeni təkərlər alacaq. Avtomobil istehsalçısı premyeradan əvvəl yeni modifikasiyanın ətraflı texniki xüsusiyyətlərini açıqlamayıb.
Yaponiya şirkəti Super GT 2023 çempionatında iştirak etmək üçün hazırlanmış Subaru BRZ GT300 yarış kupesini də nümayiş etdirəcək.
Bundan əvvəl bir milyon Toyota avtomobilində texniki problem olduğu məlum olub.
Mənbə: Autotech