image-n1karobka_ads
image-123
image-20191023_gaf_u39_1738-pic_32ratio_1200x800-1200x800-72369backend

Subaru 2025-ci ildə yeni krossover təqdim edəcək

image-ad_qayo_720x110px

Yaponiyanın Subaru avtomobil şirkəti Toyota ilə əməkdaşlıq edərək yeni üç cərgəli elektrik krossoveri hazırlayır.

Bu barədə insideevs.com xəbər verir.

Yeni Subaru modeli Kentukki (ABŞ) ştatındakı Toyota zavodunda istehsal olunacaq. Bu məqsədlə meydança modernləşdiriləcək və yeni avadanlıqla təchiz ediləcək. Bu modellə yanaşı, şirkət daha iki elektromobilin – Toyota bZ5X və Lexus TZ-nin istehsalına başlayacaq.

İlkin məlumatlara görə, üç cərgəli krossoverin premyerası 2025-ci ildə baş tutacaq. Modelin adı və ətraflı texniki məlumatlar buraxılışa yaxın dərc olunacaq.

Mənbə: Autotech

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki