Ukraynanın şimalındakı Sumı vilayətində silsilə partlayışlar qeydə alınıb.
Doğru.az xəbər verir ki, vilayət administrasiyasının rəhbəri Oleq Qriqorov hadisə ilə bağlı Telegram kanalında məlumat paylaşıb. Onun sözlərinə görə, partlayışlar nəticəsində bir neçə infrastruktur obyektinə ziyan dəyib.
Qriqorov əlavə edib ki, hazırda hadisə yerində təcili yardım xidmətləri işləyir.
Xatırladaq ki, bir neçə gün əvvəl də Sumı bölgəsində baş verən partlayış nəticəsində elektrik enerjisi təchizatında fasilələr yaranmışdı.
DOĞRU.AZ