image-ads_n1karobka_mobile
image-fotojet-42backend

Sürüşmə səbəbindən bağlanan Bakı-Şamaxı-Qəbələ yolu açıldı

“Hazırda Bakı-Şamaxı-Qəbələ yolunda dağılmış yol sahəsində bərpa işləri aparılır. Nəqliyyatın hərəkətində məhdudlaşdırılma yoxdur”. 

Bu barədə Oxu.Az-a Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis mayoru Rövşən Tağıyev məlumat verib.

O bildirib ki, əraziyə cəlb edilmiş DYP əməkdaşları yolda nəqliyyatın hərəkətini tənzimləyərək təhlükəsizliyi təmin edirlər:

“Hazırda sözügedən yolda nəqliyyatın hərəkəti maneəsiz təşkil edilir. Qeyd olunan ərazidə və alternativ yollarda hər hansı yol-nəqliyyat hadisəsi qeydə alınmayıb”.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki