image-ads_n1karobka_mobile
image-1614939116722_boir6kgdbackend

Şuşada ermənilərin atıb qaçdığı silahlar aşkarlandı

image-add-a-heading
Vətən müharibəsində işğaldan azad olunmuş torpaqlarımızda sarsıdıcı məğlubiyyətə uğramış Ermənistan ordusunun atıb qaçdığı silah-sursatın aşkar edilməsi istiqamətində tədbirlər davam etdirilir.

 

Doğru.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupu məlumat yayıb.

Məlumata görə, Şuşa Rayon Polis Şöbəsinin əməkdaşları aidiyyatı qurumların təmsilçiləri ilə birlikdə partladıcı vasitələrin, silah-sursatın aşkar edilməsi və istifadəyə yararsız olanların zərərsizləşdirilməsi məqsədi ilə xidməti ərazidə müntəzəm reydlər aparırlar.

Növbəti belə tədbir zamanı RPŞ əməkdaşları tərəfindən erməni hərbçilərin ataraq qaçdığı 1 ədəd tüfəng, 6 müxtəlif növ qumbara, 13 qumbaraatan və minaatan mərmiləri, 5500 ədəd 7,62 çaplı patron, pulemyot və avtomat silahlar üçün güllə ilə dolu 13 sandıq və digər döyüş sursatları aşkar edilərək götürülüb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki