image-n1karobka_ads
image-123
image-67fc9c69ae5ac97931377c02backend

Tacikistanda zəlzələ nəticəsində dağılan evlərin sayı 94-ə çatıb

image-ad_qayo_720x110px

Aprelin 13-də Tacikistanda baş vermiş zəlzələ nəticəsində tamamilə dağılmış yaşayış binalarının sayı 94-ə çatıb.

TASS-ın verdiyi ilkin məlumatlara görə, Rəşt vilayətinin beş kəndində 40, Tacikabad rayonunda isə 54 yaşayış binası tamamilə dağılıb.

Daha 45 evə qismən, 61 evə isə cüzi ziyan dəyib.

Bundan başqa, üç məktəbin bina və tikililərinə, o cümlədən tibb müəssisəsinə ziyan dəyib.

Bir gün əvvəl Tacikistanda zəlzələ nəticəsində bir uşağın öldüyü xəbər verilmişdi.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki