Tailandın Phuket adası yaxınlığında gəmidə gəzinti zamanı içərisində rusiyalı turistlərin olduğu yaxta batıb.
Bu barədə “Shot Telegram” kanalı məlumat yayıb.
“Gəmidə doqquz nəfər olub: altı Rusiya vətəndaşı və üç Tailand vətəndaşı (kapitan və ekipaj üzvləri)”, – məlumatda deyilir.
Mərcan adalarında dayanarkən mühərrik hissəsində boru partlayıb və yaxta batmağa başlayıb.
Sərnişinlər və ekipaj üzvləri Panwa Princess tərəfindən xilas edilib. Ruslar otelə aparılıb, onlardan heç biri xəsarət almayıb. Turist polisi hadisə ilə bağlı araşdırmalara başlayıb.
Mənbə: gazeta.ru