image-n1karobka_ads
image-123
image-67925a0802e8bd3e3a672b03backend

Tatarıstanda azyaşlının ölümü ilə bağlı cinayət işi açılıb

image-ad_qayo_720x110px

Yanvarın 22-də Aznakaevski rayonunun Aktyubinski şəhər tipli qəsəbəsində 11 yaşlı uşaq dünyasını dəyişib, bununla bağlı müstəntiqlər ehtiyatsızlıqdan ölümə səbəb olma maddəsi ilə cinayət işi açıblar.

Bu barədə Rusiyanın Tatarıstan Respublikası üzrə İstintaq İdarəsi Telegram kanalında məlumat yayıb.

İlkin istintaq məlumatlarına görə, faciəli hadisədən bir qədər əvvəl oğlan başqa uşaqlarla xokkey oynayırmış.

Evə qayıdan o, özünü pis hiss etdiyindən valideynlərinə şikayət edib, bundan sonra ailə təcili yardım çağırıb.

“Hadisə yerinə gələn tibb işçiləri reanimasiya tədbirləri görsələr də, uşağı xilas edə bilməyiblər”, – məlumatda deyilir.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki