image-2000x150px
image-123
image-ads_atlas
image-j17-pic_32ratio_1200x800-1200x800-76742backend

Tayvan Çinin 24 təyyarəsi və yeddi gəmisinin yaxınlaşdığını elan etdi

image-728x90px

Tayvan silahlı qüvvələri son sutka ərzində adaya yaxınlaşan Çin ordusuna məxsus 7 gəmi və 24 təyyarə aşkarlayıb.

Bu barədə Tayvanın Müdafiə Nazirliyi öz saytında məlumat yayıb.

Təqdim olunan məlumatlara görə, 12 təyyarə Tayvan boğazının median xəttini keçib və ya adanın cənub-qərbindəki Tayvan Hava Hücumundan Müdafiə Müəyyənetmə Zonasına daxil olub. Bu təyyarələr arasında 10 qırıcı, bir elektron döyüş təyyarəsi və bir erkən xəbərdarlıq və idarəetmə təyyarəsi qeydə alınıb.

Buna cavab olaraq Tayvan tərəfi təyyarələri, gəmiləri, eləcə də hava hədəflərini izləyən yerüstü zenit-raket komplekslərini cəlb edib.

Mənbə: Haber Global

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki