Əməkdar artist Lalə Məmmədova “Mənim soyadımda” adlı yeni mahnısını təqdim edib.
“Doğru.az” Axşam.az-a istinadən xəbər verir ki, bəstənin musiqisi Aygün Səmədzadəyə, sözləri Fidan Cəbiyevaya məxsusdur.
Lirik mahnı qadınlara həsr edilib. L.Məmmədova mahnısını rəsmi “Youtube” kanalında yerləşdirib.

























