image-n1karobka_ads
image-123
Tərtər igidi İman Tanrıverdiyevin döyüş yolu- FOTOLARbackend

Tərtər igidi İman Tanrıverdiyevin döyüş yolu- FOTOLAR

image-ad_qayo_720x110px

Tarixən igidləri ilə seçilən və tarixin yaddaşına qəhrəmanlıq səlnaməsi yazan Tərtər rayonu hər zaman rayonlar sırasında ön cərgə də özünə yer edibdir. İstər birinci istərsə də, ikinci Qarabağ döyüşlərində Tərtər rayonun igid oğulları sinələrini düşmən gülləsinə sipər edərək, torpağa azadlıq toxumlarını səpməyi bacarıblar. Bu bir həqiqətdir ki, 44 günlük Qarabağ müharibəsində ən çox əziyyət çəkən Tərtər rayonu oldu. Müharibənin ilk günlərində Ermənistan ordusu tərəfindən rayonun bir çox yaşayış evləri, mülki infrastruktur obyektləri atəşə tutulsa da, rayon sakinlərinin qələbə əzmini sındıra bilmədi.

Düşmənə göz açmağa imkan verməyən şanlı Azərbaycan ordusu şanlı qələbəsi ilə də tarixin yaddaşına adını yazmağı bacardı. Dogru.az olaraq, sizlərə düşmənə qan udduran igid oğullarımızdan biri qəhrəman Tərtərin igid oğlu Tanrıverdiyev İman İsgəndər oğlundan söhbət açacam.İgidimiz orta təhsilini 2001-2004 cü ildə rayonun Aslan Kərimov adına 3 saylı orta məktəbdə aldıqdan sonra təhsilinin geridə qalan hissəsini 2004-cü ildən rayonun 2 saylı orta məktəbində davam edibdir. İman Tanrıverdiyev ali təhsilini Azərbaycan Dövlət İqtisad Universitetinin “Maliyyə” ixtisası üzrə bitirdikdən sonra Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətininin Tərtər rayonu üzrə xidmətə çağrılan igidimiz vətənə olan borcunu yerinə yetirmək üçün Tovuz rayonunun N saylı hərbi hissəsinə xidmətə yollanıbdır. Xidmət etdiyi 1 il müddətinin 6 ayını yağı düşmənlə üz-üzə olan postda davam edibdir. Elə xidmətinin ilk günlərindən qorxmazlığı, şücaəti ilə hərbi də özünə böyük hörmət əldə edən igidimiz, düşməninin canına qorxu salmağı elə ilk gündən bacara bilibdir.Hərbi xidmətini başa vuran Tərtər igidi İman Tanrıverdiyev Aqroservis Açıq Səhmdar Cəmiyyətinin Tərtər bölməsində operator vəzifəsində çalışaraq, bilik və bacarığını ortalığa qoymaqda davam edib, edəcəkdə.
27 sentyabr 2020-ci il tarixdə başlanan Vətən müharibəsinə yollanan igidimiz İman Tanrıverdiyev Goranboy rayonun Ağcakəndində yerləşən N saylı hərbi hissədə döyüşərək yağı düşmənlərimizə qan uddurmağı özünə hədəf nöqtəsi seçmişdir. Diqqətə çatdıraq ki, müharibə bitsə də igidimiz hal-hazırda Suqovuşan istiqamətində xidmətini davam etdirir.Azərbaycanın aylı-ulduzlu üçrəngli bayrağını işğaldan azad olunmuş torpaqlarımıza sancan igid oğlanlarımızdan biri də İman Tanrıverdiyev olub.Azərbaycan bu cür şücaətli oğulları ilə hər zaman fəxr edib, bu gündə qürur duymaqdadır. Bizdə Dogru.az informasiya agentliyi olaraq, öz adımızdan Tərtər igidi İman Tanrıverdiyevə sağ-salamat ailəsinin yanına qayıtmasını arzulayırıq.

Səbuhi Eltonlu

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki