Doğru.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Truth sosial şəbəkəsində Kerr dairəsində böyük fəlakət bəyannaməsi imzaladığını açıqlayıb.
O bildirib: “İndicə Kerr dairəsi üçün böyük bir fəlakət bəyannaməsi imzaladım.”
Daha əvvəl dairənin şerifi Larri Leytus bölgədə baş verən daşqınlar nəticəsində 15-i uşaq olmaqla ən azı 43 nəfərin həlak olduğunu bildirmişdi.
NBC News xəbər verir ki, daşqın zamanı Mystic xristian düşərgəsindən 27 qız itkin düşüb.
DOĞRU.AZ