image-n1karobka_ads
image-123
image-ac39046bff0bdbdbackend

Texasda daşqın faciəsi: 28-i uşaq olmaqla 82 nəfər ölüb

ABŞ-ın Texas ştatında baş verən güclü daşqınlar nəticəsində azı 82 nəfər həyatını itirib. Ölənlər arasında 28 uşaq da var.

Doğru.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb. Bildirilir ki, yerli fövqəladə hallar xidmətləri ştatın müxtəlif bölgələrində axtarış-xilasetmə və bərpa işlərini davam etdirir. Hadisə nəticəsində ölənlərin sayının artacağı istisna edilmir.

ABŞ Prezidenti Donald Tramp Truth sosial şəbəkəsində Texasın Kerr dairəsində fövqəladə vəziyyət elan etdiyini açıqlayıb.

Qeyd edək ki, daşqınlar regionda ciddi dağıntılara və minlərlə insanın evsiz qalmasına səbəb olub.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki