ABŞ-ın Texas ştatında güclü yağışların yaratdığı daşqınlar nəticəsində həyatını itirənlərin sayı artır.
Doğru.az xəbər verir ki, bu barədə KGNS telekanalı məlumat yayıb. Texas qubernatoru Greg Abbott ştatda 131 nəfərin öldüyünü, 97 nəfərin isə hələ də itkin düşdüyünü bildirib.
O qeyd edib ki, dövlət qurumları tərəfindən axtarış-xilasetmə tədbirləri fasiləsiz olaraq – gecə-gündüz davam etdirilir.
Qeyd edək ki, daha əvvəl ölənlərin sayının 129 nəfər olduğu bildirilirdi.
DOĞRU.AZ