ABŞ-ın Texas ştatında baş verən güclü daşqınlar nəticəsində ölənlərin sayı artaraq 119-a çatıb. Daha 173 nəfər isə hələ də itkin düşmüş hesab olunur.
Doğru.az xəbər verir ki, bu barədə The New York Times məlumat yayıb. Nəşrin yazdığına görə, daşqınlar bütün ştat üzrə ciddi fəsadlar törədib və insan itkilərinə səbəb olub.
Bundan əvvəl NBC News bildirmişdi ki, Texasda daşqınlar nəticəsində 104 nəfər həyatını itirib. Lakin son rəqəmlər faciənin miqyasının daha böyük olduğunu göstərir.
ABŞ prezidenti Donald Tramp daşqınların ciddi fəsadlar törətdiyi Kerr qraflığında fəlakət vəziyyəti elan edib. Hazırda axtarış-xilasetmə işləri davam edir və yerli hakimiyyət orqanları əhaliyə təhlükəsizlik tədbirlərinə əməl etməyi tövsiyə edir.
DOĞRU.AZ