image-n1karobka_ads
image-123
image-gcbaj4ddqd3hje2dkqxzbgcchfi9fzdgoyrueasg_640backend

Tovuzda zəlzələ qeydə alındı – Ermənistanda da hiss olunub

image-ad_qayo_720x110px

Bu gün saat 08:31-də Tovuz rayonunda zəlzələ baş verib.

Doğru.az xəbər verir ki, Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, yeraltı təkanların maqnitudası 3.5, dərinliyi isə 10 kilometr olub.

Bildirilib ki, zəlzələ episentrdə 4, ətraf rayonlarda isə 3 bala qədər hiss olunub.

Qonşu Ermənistanda da təkanlar duyulub. “Sputnik Ermənistan”ın yaydığı xəbərə görə, Tavuş vilayətində bir neçə kənddə yeraltı təkanlar 2-3 bal gücündə hiss olunub.

DOGRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki