image-n1karobka_ads
image-123
image-donald-trampbackend

Tramp hesab edir ki, Los-Ancelesdəki etiraz aksiyaları kimsə tərəfindən maliyyələşdirilir

ABŞ prezidenti Donald Tramp Los-Ancelesdəki etiraz aksiyalarının kimlər tərəfindən maliyyələşdirildiyi barədə fikir bildirib.

O, bunu Şimali Karolinadakı Fort Braqq hərbi bazasında hərbi qulluqçular və veteranlar qarşısında çıxışı zamanı deyib.

“Kaliforniyada gördükləriniz ölkəmizə xarici işğalı davam etdirmək üçün xarici bayraqlar qaldıran iğtişaşçıların sülhə, ictimai asayişə və milli suverenliyimizə genişmiqyaslı hücumudur”, – RİA Novosti onun sözlərindən sitat gətirir.

Onun fikrincə, iğtişaşlarda iştirak edənlər “peşəkardırlar, həvəskar deyillər”.

“Kimsə bunu maliyyələşdirir… Bütün bu avadanlıqları kim maliyyələşdirir? Çox peşəkardır”, – o vurğulayıb.

Tramp əlavə edib ki, ABŞ Ədliyyə Nazirliyi bu məsələyə baxacaq.

Tramp daha əvvəl Los-Ancelesdəki iğtişaşçıları “ödənişli” adlandırıb və maskalı etirazçıların saxlanmasına çağırıb.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki