image-2000x150px
image-123
image-ads_atlas
image-fotojet-95backend

Türkiyə XİN-dən Qazaxıstandakı etirazlara REAKSİYA – FOTO

image-728x90px

Türkiyənin Xarici İşlər Nazirliyi artıq üçüncü gündür Qazaxıstanda davam edən etiraz aksiyalarına münasibət bildirib.

Bu barədə açıqlama Türkiyə XİN-nin rəsmi “Twitter” səhifəsində yerləşdirilib.

“Türkiyə XİN Qazaxıstanda yanvarın 2-3-də başlayan və bu səhər hökumətin istefası ilə nəticələnən etiraz aksiyalarını yaxından izləyir. Dost Qazaxıstanın sabitliyinə önəm veririk. Arzumuz qardaş qazax xalqının sülh və əmin-amanlığıdır. Qazaxıstan hakimiyyətinin bu böhranın öhdəsindən gələcəyinə inanırıq. Qazaxıstan xalqının sağlam düşüncəsinə güvənir və olayların ən qısa müddətdə sakitləşəcəyinə ümid edirik. Hadisələr nəticəsində xəsarət alanlara şəfa diləyirik”, – məlumatda qeyd olunub.

DOĞRU.AZ

 

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki