image-n1karobka_ads
image-123
image-667fc45802e8bd17d3418665backend

Türkiyədə Akkuyu AES işçilərini daşıyan avtobus qəzaya düşüb

image-ad_qayo_720x110px

Mersin vilayətində Türkiyədə tikilməkdə olan Akkuyu Atom Elektrik Stansiyasının işçilərini daşıyan avtobus minik avtomobili ilə toqquşub.

Doğru.az xəbər verir ki, bu barədə NTV telekanalı məlumat yayıb.

“Akkuyu AES-in işçilərini daşıyan avtobusun sürücüsü idarəetməni itirərək qarşıdakı zolağa çıxıb. Orada o, AES işçisinin də idarə etdiyi avtomobilə və fəhlələrin olduğu başqa avtobusa çırpılıb”.

Qəza nəticəsində 2 nəfər ölüb, daha 35 nəfər yaralanıb.

Daha əvvəl Türkiyənin cənub-şərqindəki Van vilayətində avtobusun qəzaya uğraması nəticəsində 2 nəfər ölüb, 30 nəfər yaralanıb.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki