Türkiyədə Rusiyanın iştirakı ilə tikilən Akkuyu Atom Elektrik Stansiyasının ərazisinə meşə yanğınları yayılıb.
Doğru.az xəbər verir ki, “Mash” Telegram kanalının məlumatına görə, alovun qarşısını almaq üçün Rusiya səhər saatlarından Be-200 təyyarələri və Mi-8 helikopterlərini əraziyə cəlb edib.
Bundan əvvəl Rusiyanın Ankaradakı səfirliyi vətəndaşlara müraciət edərək, Türkiyəyə səfər zamanı meşə yanğınları ilə bağlı vəziyyətin kəskinləşməsini nəzərə almağı tövsiyə etmişdi.
DOĞRU.AZ