image-ads_n1karobka_mobile
image-66c98a07ae5ac90c8d7e01fdbackend

Türkiyədə avtobus qəzaya düşüb, 13 nəfər xəsarət alıb

Milliyet xəbər verir ki, Türkiyənin Burdur şəhərində avtobusun toqquşması nəticəsində 13 nəfər xəsarət alıb.

“Qəza şənbə günü gecə saat 02:15 radələrində baş verib.  İçərisində 35 sərnişin, bir sürücü və bir köməkçi ilə İsparta-Antalya istiqamətində hərəkət edən avtobus Elsazı kəndi yaxınlığında döngəyə uyğun gəlməyərək aşıb.

Qeyd olunur ki, 13 zərərçəkəndən 8-i xəstəxanaya yerləşdirilib.

Avqustun əvvəlində Türkiyənin Muğla şəhərində avtobusla qəzaya uğrayan yeddi rusiyalının xəstəxanaya yerləşdirildiyi bildirilmişdi . Zərbədən sonra avtobus aşıb və yolun kənarında yan üstə uzanıb.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki