Türkiyədə 2016-cı ildə dövlət çevrilişinə cəhdin təşkilində ittiham olunan FETÖ rəhbəri, vaiz Fətullah Gülən ABŞ-da dünyasını dəyişib.
Bu barədə CNN mərhumun qardaşı oğlu Ebuseleme Gülənin sosial şəbəkələrdəki mesajına istinadən yazır.
Həmçinin, telekanalın məlumatına görə, Ankarada açıq-aşkar “Fətullah Gülənin öldüyünə dair məlumat var”.
2021-ci ildə Türkiyənin ABŞ-dakı səfiri Hasan Murat Mercan bəyan etmişdi ki, Türkiyə rəsmiləri Gülənin ABŞ-dan ekstradisiyasını gözləyirlər.
DOĞRU.AZ