image-2000x150px
image-123
image-ads_atlas
image-fotojet-2024-04-05t101302-977backend

Türkiyədə Ədalət və İnkişaf Partiyasının etirazı ilə səslər yenidən sayıldı

image-728x90px

Türkiyənin yerli idarəetmə qurumlarına 31 martda keçirilən seçkidə Ədalət və İnkişaf Partiyasının etirazı ilə İstanbulun Qaziosmanpaşa rayonunda səslər yenidən sayılıb.  

Nəticələrə əsasən, CHP-nin namizədi Hakan Bahçetepe 848 səs fərqi ilə yenidən seçkini qazanıb.

“1030 seçki qutusu yenidən sayıldı. Hakan Bahçetepe 848 səs fərqi ilə üstünlük əldə etdi. Martın 31-dən 122 səs azalmış oldu. Qaziosmanpaşa bələdiyyə sədrimiz Hakan Bahçetepeyə, Qaziosmapaşaya yenidən uğurlar diləyirik”, – deyə CHP-nin İstanbul rayonu üzrə sədri Özgür Çelik bildirib.

Həmçinin Hakan Bahçetepe də qalibiyyəti ilə bağlı özünün “X” hesabında paylaşım edib.

“Qadınlar qazandı, gənclər qazandı, demokratiyaya inananlar qazandı, tələbələr qazandı, Qaziosmanpaşa qazandı!

Təşəkkürlər Qaziosmanpaşa!

Qaziosmanpaşaya xidmətdə tam sürətlə irəli!” – deyə o, paylaşımda qeyd edib.

Mənbə: Haber türk

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki