image-n1karobka_ads
image-123
image-15651959883783425510_1200x630backend

Türkiyədə meşə yanğınları yaşayış binalarına da çatıb

Türkiyənin İzmir şəhərində meşə yanğınları yaşayış binalarına çatıb.

Bu barədə Türkiyənin TRT Haber telekanalı məlumat yayıb.

Güclü külək yanğının yayılmasına kömək edir. Yanğın yaşayış məntəqələrinə yaxınlaşıb, bir neçə rayondakı evlər təxliyə edilib.

On mərtəbəli binanın damında da yanğın qeydə alınıb və hazırda o, söndürülüb. Yanğın zamanı digər tikililərə də ziyan dəyib.

Yanğının söndürülməsinə 5 təyyarə, 15 helikopter və 46 yerüstü texnikası cəlb olunub.

Ölənlər barədə məlumat yoxdur.

Bundan əvvəl məlum olub ki, Rusiyaya məxsus Be-200 amfibiya təyyarəsi meşə yanğınlarının söndürülməsinə kömək etmək üçün Türkiyəyə gəlib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki