image-2000x150px
image-123
image-ads_atlas
image-6backend

Türkiyədə qar uçqunu altında qalan mikroavtobus dörd ay sonra tapıldı

image-728x90px

Türkiyədə qəribə hadisə baş verib. Belə ki, əlverişsiz hava şəraiti səbəbindən təxminən dörd ay nəqliyyatın hərəkətinə bağlı qalan Van-Bahçesaray avtomobil yolunda qar əridikdən sonra uçqun altında qalan mikroavtobus üzə çıxıb.

Sosial şəbəkələrdə nəqliyyat vasitəsinin görüntüləri paylaşılıb.

Bildirilir ki, ötən il dekabrın 22-də avtomobil yolunda qar uçqunu baş verib. Bu səbəbdən insanlar nəqliyyat vasitələrini yolda qoyub getməli olublar. Gecə saatlarında daha bir uçqun olub və yolda sahibsiz qalan mikroavtobusun üzərinə düşüb. Nəqliyyat vasitəsi yoldan təxminən 100 metrlik uçuruma sürüklənib. Havalar isindikcə isə yenidən ortaya çıxıb.

Səlahiyyətlilərin sözlərinə görə, işlər yekunlaşdıqdan sonra mikroavtobus olduğu yerdən çıxarılaraq sahibinə təhvil veriləcək.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki