Ankaradakı TUSAŞ obyektinə hücum edənlər arasında silahlı qadın da var.
Ankarada silahlı terrorçuların TUSAŞ aerokosmik şirkətinə hücumu anı müşahidə kamerasına düşüb. Görüntülərdə iki silahlının keçid məntəqəsindəki turniketlərə atəş açması əks olunub.
Görüntülərə görə, hücum edənlər arasında qadın da var. Videoda yerdə qanı görmək olar.
Oktyabrın 23-də Türkiyənin paytaxtı Ankarada TUSAŞ kimi tanınan aerokosmik şirkəti Turkish Aerospace Industries (TAI) müəssisəsində terror aktı baş verib, partlayış və atışma səsləri eşidilib. Daxili İşlər Nazirliyi hücumun şirkətin obyektlərinin yerləşdiyi Kahramankazan bölgəsində baş verdiyini bildirib. Ölənlər və yaralananlar var .
Oktyabrın 23-də Türkiyənin paytaxtı Ankarada TUSAŞ kimi tanınan aerokosmik şirkəti Turkish Aerospace Industries (TAI) müəssisəsində terror aktı baş verib, partlayış və atışma səsləri eşidilib. Daxili İşlər Nazirliyi hücumun şirkətin obyektlərinin yerləşdiyi Kahramankazan bölgəsində baş verdiyini bildirib. Ölənlər və yaralananlar var.
Terror aktını bir qrup yaraqlı törədib. Media nəzarət kamerasına düşən şübhəlilərdən birinin fotosunu dərc edib.
Mənbə RT rusca